yığma sexi

ру сборочный цех en assembly shop de Montagehalle fr halle de montage; atelier de montage es sala de montaje it officina di montaggio
yığcam istilikdəyişdirici
yoxlama
OBASTAN VİKİ
Dağdizel zavodunun 8-ci sexi
Dağdizel zavodunun 8-ci sexi (rus. 8-й цех завода «Дагдизель») — Sovet Sosialist Respublikaları İttifaqı dövründə Xəzər dənizinin Rusiya Federasiyası sektorunda salınmış Dağdizel zavodunun 8-ci sexi. Məxfi məqsədlər üçün tikilmiş sex, Xəzər dənizinin düz ortasında, Dağıstan Respublikasının Kaspiysk şəhərindən 2.7 kilometr aralıda tikilmişdir. Sexin bünövrədən hündürlüyü (qüllə ilə birlikdə) 42 metrdir. Ümumi iş sahəsi 5 min m². təşkil edir, sexin özündən əlavə, Daqdizel zavodu idarəsində yataqxana, kitabxana, kinoteatr, istirahət guşəsi, yeməkxana, lift, sınaq laboratoriyası tikilib. Ölkə ərazisində istehsal olunan bir çox başqa silah növləri burada sınaqdan keçirilib. 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin iclasında Mahaçqaladan 18 km aralıda 182 saylı yeni zavodun tikintisi haqqında qərar qəbul edilmişdir. Müəssisə 1932-ci ildə tikinti işlərinə başlanmış zavod sonradan Dağdizel adını alıb. Bu gün bu zavod Dağıstanın ən böyük zavodlarından biri olaraq qalır.
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandalarının görüşlərinin siyahısı
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandaları bir-biriləri ilə cəmi 15 dəfə qarşılaşıblar. Bu oyunların dördü Şahmat Olimpiadası, üçü dünya çempionatı, səkkizi isə Avropa çempionatı çərçivəsində baş tutub. Oyunların 5-dən Azərbaycan, 5-dən isə Ermənistan qalib ayrılıb. 5 görüşdə heç-heçə qeydə alınıb. Komandalar arasında ilk görüş 1997-ci ildə, son görüş isə 2022-ci ildə baş tutub. Ermənistan yığması 3 dəfə Şahmat Olimpiadasının (2006, 2008, 2012), 1 dəfə isə dünya (2011) və Avropa (1999) çempionatının qalibi olub. Azərbaycan yığması Şahmat Olimpiadası və dünya çempionatında ciddi uğur qazana bilməsə də, 3 dəfə qitə birinciliyinin (2009, 2013, 2017) qalibi adını qazanıb.